“Rəvan” artıq Lənkərandadı
“Rəvan” Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu üçün artıq Lənkərandadı. “Uçan aslanlar” uzun yol yorğunluğunu təxminən 2-3 saatlıq istirahətlə çıxardıqdan sonra Lənkəran şəhər mərkəzi stadionuna yollanıb.

17:00-da başlayan və 1 saat davam edən məşqdə futbolçular isinmə hərəkətlərindən sonra əvvəlcə azacıq da olsa, fiziki hazırlıq üzərində çalışıb. Ardından “kvadrat”larla dar sahədə topu özündə saxlamaq qabiliyyətini nümayiş etdirən futbolçular məşqin sonunda qapıya zərbələr üzərində də işləyib.

Qeyd edək ki, zədədən əziyyət çəkən və bu üzdən “Bakı” ilə oyunda forma geyməyən Nikolay Orlovskinin durumu qənaətbəxşdi. Onun Lənkəranda meydana çıxacağı gözlənilir. Amma komandanın digər legioneri Samuel Barlay zədəlidi və o, “Xəzər Lənkəran”a qarşı matçda iştirak etməyəcək.

Xəbər 865 dəfə oxundu.