Millimiz Latviya yığması ilə yoxlama oyunu keçirəcək
Martın 24-dən 30-dək 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Latviyada təlim-məşq toplanışı keçiriləcək.

Baş məşqçi Aslan Kərimovun yetirmələri toplanış zamanı iki yoxlama oyununa da çıxacaqlar. U-16-nın rəqibi Latviyanın eyni yaşlı futbolçulardan ibarət yığması olacaq.

Latviya – Azərbaycan duellərindən birincisi martın 28-də keçiriləcəkdir. Digər qarşılaşma iki gün sonra oynanılacaq.

Xəbər 772 dəfə oxundu.