Xocavənddə voleybol turniri keçirilib
Xocavənd rayon Gənclər və İdman idarəsi Martın 5-də Beyləqan rayonu ərazisində məcburi köçkünlər üçün salınmış “`Xocavənd” qəsəbəsində Təşkilatlar arasında “5 mart - Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş voleybol turniri keçirilib.

“Bədən tərbiyəsi və idman günü”nü qeyd etmək, idmanın voleybol növünü bədən tərbiyəsi kollektivləri arasında kütləviləşdirmək, əhalinin asudə vaxtının səmərəli keçirilməsini təmin etmək məqsədi ilə keçirilən yarışda 9 komanda 104 nəfər iştirak edib.

Sonda Tuğ kənd birinciyə, Yeni Xocavənd qəsəbəsi ikinciyə, Uşaq Gənclər İdman məktəbinin komandası isə üçüncü yerə layiq görülüblər.

Turnirin qalibləri Gənclər və İdman idarəsinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 1147 dəfə oxundu.