Beyləqanda voleybol üzrə rayon birinciliyi keçirilib
2-3 mart tarixlərində “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş yeniyetmə qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

Beyləqan şəhər 3 nömrəli orta məktəbin idman zalında 120 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi idman gününün qeyd edilməsi, qızlar arasında voleybol idman növünün inkişaf etdirilməsi, yeniyetmələrə sağlam həyat tərzinin aşılanması, qızlardan ibarət yığma komandanın tərkibinin müəyyənləşdirilməsi olub.

Sonda şəhər 1 saylı birinciyə, 3 saylı ikinciyə, Əlinəzərli kənd orta məktəbin komandası uçüncüyə layiq görülüb.

Xəbər 785 dəfə oxundu.