Valdes hakimi döyüb polisə düşdü
«Barselona»nın qapıçısı Viktor Valdes «Real»la oyunda hakimin ona qırmızı vərəq göstərməsi ilə razılaşa bilməyib. İdman.com.az saytı xəbər verir ki, tribunaaltı məkanda Valdes hakimə hücum edərək, ona bir neçə zərbə vurub.

Hər şey sözügedən matçın son saniyələrində «Real»ın cərimə meydançasında baş verən qayda pozuntusuna hakimin reaksiya verməməsindən başladı. Həmin zaman «Barselona»nın bir neçə futbolçusu bundan coşdu. Valdes də öz etirazlarını matçdan sonra hakimə çatdıra bildi. Qapıçı hakimlə yüksək səslə danışırdı.

Bu səbəbdən də Migel Anhel Peres Lasa əvvəlcə qapıçıya sarı vərəqə göstərdi, sonra qarşısındakının sakitləşmədiyini görüb qırmızıya çevrilən ikinci sarını da çıxartdı.
Tribunalı məkandakı yumruqlar isə işə polisin də qatışmasına səbəb olub. Qapıçını stadiondan polis məntəqəsinə aparıblar.

Xəbər 1782 dəfə oxundu.