Siyəzəndə dama üzrə rayon birinciliyi keçirilib
Siyəzən rayon Gənclər və İdman İdarəsi idarəsinin 2013-cü ilin I yarımilliyi üçün tədbirlər planına əsasən 4-5 mart tarixlərdə şəhər Mədəniyyət sarayında MİHİ Siyəzən rayon komitəsi ilə birgə 5 Mart “Bədən tərbiyəsi və idman günü” münasibəti ilə 14-18 yaşlı yeniyetmə və gənclər arasında Olimpiya sistemi üzrə dama üzrə rayon birinciliyi yarışlarını keçirib.

5 Mart “Bədən tərbiyəsi və idman günü”nün qeyd olunması, yeniyetmə və gənclər arasında dama idman növünə marağın artırılması, onların asudə vaxtının səmərəli təşkili, dama idman növünün rayonda inkişafı və yeniyetmə və gənclər arasında təbliğ olunması məqsədilə keçirilən yarışda rayonun 68 nəfər yeniyetmə və gənci iştirak edib.

İki gün davam edən və Abgül Məmmədovun baş hakimliyi ilə keçən yarışlarda gərgin mübarizədən sonra şəhər 4 saylı tam orta məktəbin şagirdi Anar Cəfərov birinciyə, şəhər 1 saylı tam orta məktəbin şagirdi Çingiz Mustafayev ikinciyə, şəhər 3 saylı tam orta məktəbin şagirdi Kamran Əsədov isə üçüncü yerə layiq görülüblər.

Dama üzrə rayon birinciliyinin mükafatlandırma mərasimində yer tutmuş yeniyetmə və gənclər Siyəzən rayon Gənclər və İdman idarəsi və MİHİ Siyəzən rayon komitəsi tərəfindən fəxri-fərmanlar və qiymətli hədiyyələr ilə təltif olunublar.

Xəbər 979 dəfə oxundu.