Stefan Əl-Şəravinin meneceri maraqlı açıqlamalar verib
“Milan”da forma geyən Stefan Əl-Şəravinin meneceri maraqlı açıqlamalar verib. Roberto La Floria futbolçunun “Milan”a transfer olmadan öncə “İnter” və “Barselona” tərəfindən istənildiyini bildirib:
“O vaxt Stefanı bir çox klub transfer etmək niyyətində idi. “İnter” onu öz heyətinə qatmaq istəyirdi. Bəzi Premyer Liqa klubları da bunun üçün hərəkətə keçməyə hazırlaşırdı, hətta “Barselona” da. Sonda isə “Milan” qazanan tərəf oldu”.

Xəbər 986 dəfə oxundu.