Yığmamız Latviya ilə 2 oyun keçirəcək
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Latviyaya təlim-məşq toplanışına yollanır. Komandamız martın 24-dən 30-dək bu ölkədə hazırlıq prosesi keçəcək.

Aslan Kərimovun yetirmələri toplanış zamanı iki yoxlama oyununa da çıxacaq. U-16-nın rəqibi Latviyanın eyni yaşlı futbolçulardan ibarət yığması olacaq. İlk oyun martın 28-də, ikincisi 30-da baş tutacaq.

Xəbər 816 dəfə oxundu.