1/4 final mərhələsinin iki oyunu canlı yayımlanacaq
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin iki oyunu canlı yayımlanacaq. Hər iki oyunu “İdman Azərbaycan” kanalı azarkeşlərə təqdim edəcək.

Belə ki, saat 16.00-da “İnter” – “Bakı”, iki saat sonra “Qarabağ” – “Qəbələ” oyunları canlı yayımlanacaq. “Neftçi” – “Simurq” və “Rəvan” – “Xəzər Lənkəran” qarşılaşmalarını isə izləmək mümkün olmayacaq. Bu komandaların ilk oyunları da canlı yayımlanmamışdı.

Xəbər 839 dəfə oxundu.