“Sumqayıt”ın məşqçisinə beş oyunluq cəza verilib
AFFA İntizam Komitəsi “Sumqayıt” klubunun məşqçisi Mehman Yunusova cəza tədbiq edib.

Komitənin qərarında deyilir ki, Topaz Premyer Liqanın XXII turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçının 67-ci dəqiqəsində Mehman Yunusov azarkeşləri təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılıb.

Bu səbəbdən məşqçi 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

Xəbər 869 dəfə oxundu.