"Qarabağ" "Qəbələ"ylə oyuna hazırlaşır
“Qarabağ” futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu üçün yenidən bir araya gəlib. “Qəbələ”ni qəbul edəcək komanda bu gün tək çalışmayla kifayətlənəcək.

“Qarabağ” oyunun keçiriləcəyi mərkəzi arenada 17:00-da məşqə çıxacaq. Çempionat çərçivəsində baş tutan sonuncu oyunda komanda 5 itkiylə mübarizə aparmışdı. Amma komandanın eyni aqibəti qəbələlilərlə oyunda yaşaması gözlənilmir. Belə ki, Ansi Aqollinin oynyacağı bəlliydisə, zədəli Riçard Almeyda artıq komandayla məşqlərdə iştirak edir. Eləcə də Kristian Torres və yeni transfer Emeka Opara da komanda ilə çalışmalarda iştirak edir. Sadəcə, Branimir Subaşiçin meydana çıxma ehtimalı yoxdu.

Qeyd edək ki, “Qarabağ” - “Qəbələ” görüşü martın 7-də, saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər 805 dəfə oxundu.