Lüksemburq millisi “Saarbrucken” komandası ilə qarşılaşacaq
Futbol üzrə Lüksemburq yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəyi rəsmi oyun ərəfəsində sınaq matçında qüvvəsini sınayacaq.

Lüksemburq millisi Almaniyanın “Saarbrucken” komandası ilə qarşılaşacaq. Almaniyanın üçüncü divizionunda çıxış edən bu klubla görüşün dəqiq tarixi hələlik məlum deyildir.

Lüksemburq yığması Azərbaycan millisi ilə martın 22-də qarşılaşacaq.

AzərTAc

Xəbər 847 dəfə oxundu.