“Mançester Yunayted” – “Real” oyununda Kasilyas iştirak etməyəcək
Çempionlar Liqasının bu gün keçiriləcək “Mançester Yunayted” – “Real” oyununda qonaq komandanın qapıçısı İker Kasilyas iştirak etməyəcək. Bu haqda Madrid klubunun baş məşqçisi Joze Mourinyo bildirib.

Mourinyo Kasilyasın zədəsi hələ sağalmadığını və İngiltərəyə oynamağa yox, komandasına dəstək olmağa getdiyini söyləyib.

Xəbər 778 dəfə oxundu.