Qazaxda Yunan-Roma güləşi üzrə rayon turniri
Martın 1-də Qazax rayonu Kosalar kənd orta məktəbin idman zalında Yunan-Roma güləşi üzrə rayon turniri keçirilib.

Turnirdə ümumilikdə 43 nəfər idmançı öz qüvvəsini sınayıb. Qaliblər və mükafatçılar Qazax rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif olunublar.

Onu da qeyd edək ki, yarışın qonaqları arasında Olimpiya çempionumuz Fərid Mansurov da olub.

Xəbər 869 dəfə oxundu.