“Aura”da bədən tərbiyəsi və idman gününə açıq qapılar keçirildi
Bu gün “Aura” Sağlamlıq Mərkəzində Azərbaycanda bədən tərbiyəsi və idman gününə həsr olunmuş media nümayəndələri üçün açıq qapılar günü keçirildi. Tədbirin rəsmi hissəsi “Excelsior Hotel Baku” otelinin Əlincə zalında baş tutdu. Toplantıda adı çəkilən mehmanxananın Marketinq və Satış departamentinin direktoru Damla Bayık və “AtaHolding” ASC Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova qonaqlara “Aura” Sağlamlıq Mərkəzində keçirilən idman dərsləri haqqında geniş məlumat verdilər.

Tədbirdə çıxış edən “Excelsior Hotel Baku” oteli Marketinq və Satış departamentinin direktoru Damla Bayık “Aura” sağlamlıq mərkəzində baş vermiş dəyişikliklər barədə bildirdi: “Qonaqlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək üçün “Aura” Sağlamlıq Mərkəzi ən müasir yeni trenajorlarla təchiz edilmiş, saunalar, zallar tam yenilənib. “Aura” sağlamlıq mərkəzinin ümumi sahəsi 3 500 m2 təşkil edir və burada 200 nəfərə qədər qonaq eyni zamanda idmanla məşğul ola bilər. İkinci mərtəbəni tam əhatə edən idman zalında bütün qrup əzələləri möhkəmləndirmək üçün 50-dən artıq müasir trenajor, həmçinin, ürək əzələlərini möhkəmləndirmək və artıq çəkidən azad olmaq üçün kardio trenajorlar quraşdırılıb. Qonaqlar kardio zonadakı trenajorlarda quraşdırılmış displeylərdə 30-a qədər televiziya kanalına baxa, həmçinin, pulsuz İnternetə qoşula bilirlər. Eləcə də, stolüstü tennis, açıq tennis kortu, Tailanddan gəlmiş spa-terapevtlərin xidmətləri, istirahət otaqları, həmçinin, ilin isti vaxtlarında işləyən üstüörtülü hovuz və açıq havada 2 hovuz “Aura” klubunun daimi üzvlərinə və “Excelsior Hotel Baku” otelinin qonaqlarına xidmət edir. Spa-otaqlarda massajın müxtəlif növləri təklif edilir. Mərkəzə gələnlərə dəsmallar, nəleyinlər, xələtlər, həmçinin, kosmetik vasitələr verilir”.

“AtaHolding” ASC Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova sağlamlıq mərkəzinin üçüncü mərtəbəsindəki ayrıca kişi və qadın üçün nəzərdə tutulmuş zallarda qrup halında və fərdi keçilən idman dərsləri - aerobika, kallanetika, pilates, boks və yoqa üzrə haqqında geniş məlumat verdi. O, bildirdi ki, peşəkar məşqçilər komandası hər kəs üçün məşğələlərin fərdi proqramını işləyib hazırlaya, həmçinin uşaqlara və böyüklərə üzməyi öyrədə bilər. Sonra, tanışlıq məqsədi daşıyan ekskursiyanın gedişində qonaqlar “Aura” Sağlamlıq Mərkəzində quraşdırılmış avadanlıqla tanış olmuşlar. Bundan başqa, qonaqlra bilavasitə məşqlərdə və məşğələlərdə iştirak etmək, məşqçilərdən məsləhətlər almaq imkanı verildi.

“Excelsior Hotel Baku” mehmanxanası 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” standart, 9 “Duke” kiçik otaqlar, konfrans zalları, iclas otaqları və biznes mərkəzləri, restoranlar, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir.

Xəbər 2623 dəfə oxundu.