“Fənərbaxça”nın oyunçuları arasında dava düşüb
Türkiyə Superliqasının son turunda “Beşiktaş”la qarşılaşmada 3:2 hesabı ilə məğlub olan “Fənərbaxça”nın oyunçuları arasında dava düşüb. Paltardəyişmə otağının dəhlizində Gökhan Gönül və Egemen arasında “Qolu sənə görə buraxdıq” iddiası ilə mübahisə başlayıb və tezliklə yumruq davasına çevrilib.

Futbolçuları komanda yoldaşları ayırıb. “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman futbolçulara hirslənib.

Xəbər 1023 dəfə oxundu.