Ramin Musayev: “Qarabağ” sözsüz cəzalanacaq”
Peşəkar Futbol Liqasının prezidenti “Qarabağ” – “İnter” oyunundan sonra qonaq komandanın futbolçularının döyülməsi faktını pisləyib.Qurum rəhbəri “Qarabağ”ın buna görə cəzalandırılacağını deyib.

PFL prezidenti “Qarabağ”a hansı cəza növü tətbiq ediləcəyi barədə məlumat verməyib: “Dünyanın hər yerində belə hadisələr olur. Amma sözsüz ki, baş verən insident arzuolunmaz hadisədi. Heç kəs belə hadisələrin olmasının tərəfdarı deyil. İdmanda mübahisə də olur, qalmaqal da olur, hər şey olur. Qəbul edən komanda çalışmalıdı ki, qonaq komandanı lazımi qaydada qarşılasın və yola salsın. Bu da “Qarabağ”ın öhdəsinə düşür. Ona görə də “Qarabağ” sözsüz cəzalanacaq”.

Xəbər 1069 dəfə oxundu.