Gəncədə şəhər birinciliyi keçirilib
26-27 fevral tarixlərində cüdo üzrə18-20 yaş gənclər arasında şəhər birinciliyi keçirilib.

Dinamo İdman Cəmiyyətidə 29 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Şəhərdə cüdo idman növünü inkişaf etdirmək, Gəncə şəhər yığma komandasını müəyyən etmək, Respublika birinciliyində iştirak etmək olub.

Sonda Turqut Yusibov (55 kq) , Elvin Ağayev (60kq), Sərxan Məmmədov (66 kq), Bayram Əliyev (73 kq), Cabbar Qəhrəmanov (81 kq), Səbuhi Bağırov (90 kq), Toğrul Verdiyev (100 kq), Zaur Abdullayev( +100 kq) birinci yerlərə layiq görülüblər.

Xəbər 895 dəfə oxundu.