Dünyanın ən güclü klublarının reytinq cədvəli
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq cədvəlini açıqlayıb. Bu dəfəki siyahıda 452 klub yer alıb.

Dünyanın ən yaxşıları arasında iki təmsilçimiz var. Belə ki, “Neftçi” və “İnter” 452 klubdan ibarət siyahıda yer alıb.

Aktivində 92,5 xal olan “Neftçi” 9 pillə irəliləyib və 180-ci yerdə qərarlaşıb. “Ağ-qaralar” bu siyahıda Moskvanın “Spartak” və ÇSKA, İtaliyanın “Parma”, “Kataniya”, İspaniyanın “Betis”, “Real Sosyedad”, “Saraqosa”, Fransanın “Loryan”, Portuqaliyanın “Braqa”, Almaniyanın “Volfsburq” və başqa məşhur klublarını qabaqlayıb.

Bakı “İnter”i isə 426-cı pilləyə şərikdi. Aktivində 60 xal olan təmsilçimizlə yanaşı, Rumıniyanqın “Panduri”, Suriyanın “Əl-Şorta”, Koreyanın “Busan I’Park”, “Çunnam Draqons”, Şotlandiyanın “İnverness”, Yaponiyanın “Urava”, Kolumbiyanın “İndependiente”, Hollandiyanın “Nijmegen”, Gürcüstanın “Zestafoni”, İngiltərənin “Sanderlend”, Sloveniyanın “Mura” və Qətərin “Lexviya” klubları 60 xal toplayıb. “İnter” Hollandiyanın “Herakles” və İsveçrənin “Sürix” kimi tanınmış klublarını qabaqlaya bilib.

Siyahının ilk pillələrində də ciddi dəyişikliklər baş verib. Belə ki, uzun müddət dünyanın ən yaxşı klubu olan “Barselona” 5-ci yerə yuvarlanıb. Əvəzində Çempionlar Liqasının son qalibi “Çelsi” üçüncü pillədən zirvəyə qalxıb. İkinci pillədəki “Atletiko” mövqeyini qoruyub. “Bavariya” (Almaniya) 5-dən 3-ə, “Korintians” 6-dan 4-ə qalxıb. İlk onluq belədi: “Çelsi” (İngiltərə), “Atletiko” (İspaniya), “Bavariya” (Almaniya), “Korintians” (Braziliya), “Barselona” (İspaniya), “Boka Xuniors” (Argentina), “Real” (İspaniya), “Yuventus” (İtaliya), “İnter” (İtaliya), “San Paulo” (Braziliya).

Xəbər 1263 dəfə oxundu.