“Dalğa Arena”da antirekord
Qol sayında rekordla əlamətdar olan 22-ci turda bir antirekord da qeydə alınıb. “Kəpəz” – “Simurq” matçını cəmi 50 tamaşaçı izləyib.

Gəncə təmsilçisinin “Dalğa Arena”da keçirdiyi ev oyunu Premyer Liqanın təsnifat mərhələsində ən az tamaşaçının qeydə alındığı qarşılaşmadı. Belə ki, ən çox tamaşaçı isə 19-cu turun “Xəzər Lənkəran” – “İnter” matçına təsadüf edib – 11000.

Xəbər 813 dəfə oxundu.