Tennis üzrə rayon kuboku
Martın 2-də «5 Mart Azərbaycanda Bədən tərbiyəsi və İdman günü»nə həsr olunmuş Stolüstü - tennis üzrə kişilər və qadınlar arasında rayon kuboku keçirilib.

Ümumilikdə 30 tennisçinin iştirakı ilə 183 saylı tam orta məktəbdə kişilər və qadınlar arasında stolüstü - tennis üzrə keçirilən rayon kubokunun məqsədi istedadlı tennisçiləri aşkar etmək, «Stolüstü – tennis üzrə idman növünü rayonda inkişaf etdirmək, asudə vaxtın səmərəli təşkili, Bakı şəhər kubokunda iştirakçıları müəyyən etmək olub.

Sonda kişilər arasında birinciyə Vüqar Hüseynov, ikinciyə Mübariz Daşdəmirov, üçüncüyə Araz Müseyibov, qadınlar arasında birinciyə Səmayət Musayeva, ikinciyə Rumiyyə Quliyeva, üçüncüyə Məleykə Çumarina layiq görülüb.

Qaliblər Xəzər rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə tətif olunublar.

Xəbər 941 dəfə oxundu.