Berqkamp heykələ layiq görülüb
London «Arsenal»ının rəhbərliyi klubda vəziyyətin elə də yaxşı olmadığı bir məqamda əfsanəvi futbolçusu Denis Berqkampın xidmətlərini dəyərləndirmək qərarına gəlib.

Niderlandlı futbolçu «topçular»ın formasını geyindiyi 11 mövsümdə 11 mükafat qazanıb, 423 oyunda 120 qol vurub. 2003-2004-cü illər mövsümündə də «Arsenal» bir oyun uduzmayanda da Berqkamp komandanın ayrılmaz bir hissəsi idi.

«Arsenal»da aerofobiyadan əziyyət çəkən «uçmayan hollandiyalı»nın əbədi abidəyə layiq olduğu qərarına gəldilər. Futbolçunun heykəli klubun ev arenası «Emireyts»in qarşısında qoyulacaq. Hazırda niderlandlının heykəli ilkin hazırlıq mərhələsindədi. Onun açılışını gələn mövsümün əvvəlində etməyi planlaşdırırlar.

İdman.com.az saytı xəbər verir ki, daha öncə klubun əfsanələrindən Herbert Çepmenin, Toni Adamsın və Tyerri Anrinin heykəlləri ucaldılmışdı.

Xəbər 959 dəfə oxundu.