Özilin yeni məhəbbəti
Madrid «Real»ının builki mövsümü, sözsüz ki, komandanın türk ulduzu Məsud Özil üçn uğurlu olub. Doğrudur, La Liqanın çempionluğu uğrunda artıq mübarizə aparmaq mümknü olmayacaq. Lakin bu uğursuzluğu ötən ilin məyusluğuna yazmaq olar. Bu il isə komnada Çempionlar Liqasında yaxşı oynayır, çempionatda vəziyyətini sabitləşdirir, ən əsası isə «Barselona»nı yenərək, İspaniya Kubokunun finalına çıxıb.

Bir sözlə, Özilin işdə işləri qaydasında gedir. Yarımmüdafiəçi indi şəxsi işlərinini də qaydaya salınmasının vaxtının çatdığını düşünür. Model Aida Yespio ilə münasibətləri uzatmağın mənasının olmaması qərarına gələn futbolçu çox da darıxası olmayıb.

İdman.com.az saytı xəbər verir ki, Özil indi özünə yeni rəfiqə tapıb. Bu, müğənni Mendi Karpisdir. İndi görək yeni ehtiraslar futbolçunun oyununa necə təsir edəcək.

Xəbər 1003 dəfə oxundu.