Goranboyda rayon birinciliyi keçirilib
Martın 1-də Goranboy rayon şahmat məktəbində 5 mart – Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş müdafiə və qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr arasında dama üzrə rayon birinciliyi keçirilib.

40 iştirakçı 6 məşqçi 4 hakimin iştirakı ilə keçirilən yarışın məqsədi bədən tərbiyəsi və idman gününün qeyd olunması, müdafiə və qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, uşaq və yeniyetmələrdə dostluq və yoldaşlıq əlaqələrinin gücləndirilməsi olub.

Sona birinci, ikinci və üçüncü yerləri tutmuş uşaqlar idarənin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif olunublar. Hər biri iştirakçıya idarə tərəfindən hədiyyələr təqdim olunub.

Xəbər 882 dəfə oxundu.