Devid Bekhem Ronaldo haqda açıqlama verib
“Mançester Yunayted”in keçmiş futbolçusu Devid Bekhem “Real”da forma geyinən Kriştian Ronaldo haqda açıqlama verib. Fanat.az xəbər verir ki, Bekhem “Old Trafford”da keçiriləcək oyunun Ronaldo üçün xüsusi əhəmiyyət kəsb edəcəyini bildirib:
“Möhtəşəm bir matç və Ronaldo üçün unudulmaz bir gecə olacaq. Azarkeşlər hələ də onu çox sevir. Köhnə komandana qarşı oynamaq həyəcan vericidi. Bu cür hadisələr böyük futbolçulara təsir etmir. Bu matçda da bunu görəcəyik”.

Xəbər 1020 dəfə oxundu.