Robert Levandovskinin yeni klubu bəlli olub
“Borussiya”nın hücumçusu Robert Levandovskinin yeni klubu bəlli olub. Polşalı futbolçu 2014-cü ilin yayında Dortmund klubu ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi Münhen “Bavariya”sına keçəcək.

Hələlik bu xəbər rəsmən təsdiqlənməyib. Amma “Borussiya”nın prezidenti Raynhard Rauball artıq bildirib ki, Levandovski ilə müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar aparılmır.

Xatırladaq ki, Polşa millisinin 24 yaşlı hücumçusu “Borussiya”da 2010-cu ildən çıxış edir.

Xəbər 995 dəfə oxundu.