“Real” müraciət edib
“Kral Kuboku”nun yarımfinalında “Barselona”nı yenərək finala çıxan “Real” İspaniya Futbol Federasiyasına maraqlı istəklə müraciət edib. “Kral Klubu” “Atletiko” ilə mayın 19-da oynayacaqları final matçının “Nou Kamp”da keçirilməsini istəyir.

Maraqlıdı ki, ötən mövsüm “Barselona” rəhbərliyi “Atletik”lə oynayacaqları final matçının “Real”a məxsus “Santyaqo Bernabeu” stadionunda keçirilməsini istəmişdi. Lakin İspaniya Futbol Federasiyası kataloniyalıların israrına rəğmən qarşılaşmanın “Visente Kalderon”da keçirilməsinə qərar vermişdi.

Xəbər 909 dəfə oxundu.