Binəqədi rayonunda Voleybol üzrə rayon birinciliyi
15-28 fevral tarixlərində Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən 5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlar arasında “Voleybol” üzrə rayon birinciliyi keçirilib.

90 saylı orta məktəbdə 13 komanda tərkibində 156 nəfər idmançının iştirakı ilə keçirilən yarışın məqsədi idarə, müəssisə və təşkilatlar arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, 5 mart Bədən Tərbiyəsi və İdman Gününün rayonda qeyd edilməsi olub.

Sonda birinciyə Biləcəri qəsəbəsi, ikinciyə 7-ci mikrorayon, üçüncüyə M. Ə. Rəsulzadə qəsəbə komandası layiq görülüblər.

Xəbər 936 dəfə oxundu.