“Rubin” Ruslan Abışovu sifariş edib
“Rubin” millimizin üzvü Ruslan Abışovu Premyer Liqa oyunları üçün sifariş edib. Kazan klubu futbolçumuzun adını Rusiya Peşəkar Futbol Liqasına təqdim edib.

Qeyd edək ki, “Rubin” Ruslanla 2,5 illik müqavilə bağlayıb. Millimizin üzvü Kazan təmsilçisində 87 nömrəli forma altında çıxış edəcək.
“Rubin” Ruslandan başqa özbək yarımmüdafiəçi Vaqiz Qaliulin və gürcü hücumçu Nika Kaçaravanın da adını PFL-ə təqdim edib.

Xəbər 819 dəfə oxundu.