UEFA Zlatan İbrahimoviçi 2 oyunluq cəzalandırıb
UEFA PSJ-nin hücumçusu Zlatan İbrahimoviçi 2 oyunluq cəzalandırıb. Buna Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə “Valensiya” ilə qarşılaşmanın son dəqiqələrində rəqib futbolçuya qarşı etdiyi kobudluqdan sonra aldığı birbaşa qırmızı vərəqə səbəb olub.

Beləliklə, isveçli forvard martın 6-da turnirin cavab matçını və əgər Paris təmsilçisi növbəti mərhələyə yüksələrsə 1/4 finalın ilk qarşılaşmasını da buraxmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, PSJ səfərdə “Valensiya”nı 2:1 hesabı ilə məğlub etmişdi.

Xəbər 784 dəfə oxundu.