1/2 final oyunlarına yekun vurulub
Futbol üzrə İspaniya kubokunda 1/2 final oyunlarına yekun vurulub. Ötən gün “Barselona” üzərində möhtəşəm qələbə qazanan Madridin “Real” klubuna finalda rəqib digər Madrid təmsilçisi “Atletiko” olub.

“Atletiko” 1/2 final mərhələsində səfərdə “Sevilya”nın qonağı olub. Madridlilər ilk matçda 2:1 hesabı ilə qələbə qazandığından cüzi də olsa finala daha şanslı idilər. “Sevilya”ya isə finala vəsiqə qazanmaq üçün 1:0 hesablı qələbə belə kifayət edirdi. Amma gəlmələr özlərini qonaq kimi aparmayıb. İlk hissədə madridlilərin iki qoluna ev sahibləri bir qolla cavab verib. Bundan sonra “Sevilya”ya üç qol lazım idi. Çünki istənilən heç-heçə və 3:2 hesablı qələbə rəqibi finala aparırdı. Amma matçda möcüzə olmayıb. Ev sahibləri matçın sonunda yalnız məğlubiyyətdən xilas olmağı bacarıb – 2:2. Bununla da “Atletiko” Madrid finala vəsiqə qazanıb.

Xəbər 814 dəfə oxundu.