PSJ-nin yay üçün hədəfi müəyyənləşib
Qətər sərmayəsinin gəlişindən sonra Avropanın transfer bazarına hökm edən klublardan birinə çevirilən PSJ-nin yay üçün hədəfi müəyyənləşib. Paris klubu yenə transfer bombasını partlatmaq istəyir.

“The Times”in xəbərinə görə, PSJ-nin bu dəfəki hədəfi Ueyn Runidi. “Mançester Yunayted”in ulduzunu heyətinə qatmağa çalışacaq klub Zlatan İbrahimoviçlə birlikdə dayandırılması çətin olan bir cütlük formalaşdırmaq istəyir. PSJ-nin bu transfer üçün “Mançester Yunayted”ə 40 milyon avro təklif edəcəyi deyilir.
Qeyd edək ki, Runi 2004-cü ilin yayında “Everton”dan 32.5 milyon funt-sterlinqə “Mançester Yunayted”ə keçmişdi. O, bu müddətdə Mançester klubunda 270 oyuna çıxaraq, 139 qol vurub.

Xəbər 952 dəfə oxundu.