Milli komandamız təlim-məşq toplanışı keçib
Boks üzrə qadınlardan ibarət milli komandamız 14 gün Qəbələ Olimpiya Kompleksində təlim-məşq toplanışı keçib.

Komandamız fevralın 28-dən martın 3-dən Almaniyanın Hamburq şəhərində keçiriləcək beynəlxalq turnirə hazırlaşıblar. Orada 7 boksçumuz – ceyran Dadaşova (49 kq), Anaxanım Ağayeva, Alina Hacıyeva (81+kq), Əzozə Abbasova (51 kq), Leyla Həsənova (60 kq), Leyla Cavadova (75 kq) və Aynur Rzayeva (81 kq) mübarizə aparacaqlar. Daha sonra isə 3 boksçumuz – Əzizə Abbasova, Leyla Cavadova və Yana Sidor Polşada beynəlxalq turnirdə yarışacaqlar.

Xəbər 1203 dəfə oxundu.