Qazaxda rayon mərhələsi keçirilib
Fevralın 27-də şəhər 2 saylı orta məktəbin idman meydançasında "Cəsurlar" hərbi idman və turizm oyunlarının rayon mərhələsi keçirilib.

Yarışlarda 38 orta məktəb komandasından ümumilikdə 266 nəfər məktəbli (hər komandada 7 nəfər- 5 oğlan və 2 qız olmaqla) iştirak edib.

Nəticədə Qazax şəhər M.Hüseyn adına məktəb-liseyin komandası birinciyə, Aşağı Salahlı kənd ikinciyə, Alpout kənd orta məktəbin komandası isə üçüncü yerə layiq görülüblər.

Sonda qalib və mükafatçılar Qazax rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə mükafatlandırılıblar.

Xəbər 1646 dəfə oxundu.