Taekvondoçularımız Misirdə medal qoymadılar
Misir Ərəb Respublikasında keçirilmiş “Alexandria Open” beynəlxalq turniri Azərbaycan taekvondoçularının möhtəşəm uğuru ilə başa çatıb. İdman.com.az saytının məlumatına görə, 13 ölkədən 500-dək dayanq ustasının qatıldığı yarışın ilk günü 10 medal qazanan təmsilçilərimiz, ertəsi gün daha 10 müxtəlif əyarlı mükakafatlara sahib çıxıblar. Bununla da, ənənəvi mübarizəni lider kimi bitiriblər.

Fevralın 26-da baş tutmuş görüşlərdə Samir Aydınov (54 kq) qızıl, Məcid Sofiyev (54 kq), İlkin Şahbazov (74 kq), Bayraməli Vəliyev (87 kq), Aygül Abdullayeva (53 kq), Aytən Səmədli (62 kq) və Xəyalə Quliyeva (46 kq) gümüş, Günay Ağayeva (53 kq), Fərid Tağızadə (87 kq) və Səbinə Mikaylova (62 kq) bürünc medal qazanıblar.
Bir gün əvvəl keçirilmiş mübarizədə isə nəticə daha yüksək olmuşdu: Samir Cavadlı (58 kq), Fariz Əliyev (68 kq), Ramin Əzizov (80 kq), Fəridə Əzizova (67 kq) 1-ci, Hüseyn Mehrəliyev (68 kq), Surə Fərəcli (49 kq), Günay Ağakişiyeva (57 kq) 2-ci, Vüsal Məmmədov (58 kq), Ramin Abdullayev (80 kq) və Türkanə Tahirli (49 kq) 3-cü olmuşlar.

Ümumdünya Taekvondo Federasiyasının G-1 kateqoriyasından olan bu açıq turnirin mükafatçıları beynəlxalq reytinq xallarını da artırııblar.

Milli komandamızın baş məşqçisi Ələkbər İmaməliyevin, böyük məşqçi və qadınların baş məşqçisi Gündüz Abdullayev, eləcə də kişilərdən ibarət heyətin böyük məşqçisi Elnur Amanovun rəhbərliyi ilə İskəndəriyyədə V açıq beynəlxalq turnirdə 5 qızıl, 9 gümüş və 6 bürünc olmaqla 20 medal qazanan seçməmiz ümumi komanda hesabında 1-ci olub. Ayrıca kişilərdən ibarət mililmiz ilk yerə çıxıb. Qadınlarımız komanda hesabında 2- ci sıranı tutublar.



Xəbər 1310 dəfə oxundu.