Milli komandada “Qəbələ” hegemonluğu | |
Martın 4-dən 12-ə qədər 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının Yunanıstanda təlim-məşq toplanışı olacaq. Yığmamız martın 13-dən 17-dək Yunanıstanın Xalkida şəhərində UEFA tərəfindən təşkil olunmuş “Development Tournament” turnirində iştirak edəcək. Artıq millinin heyəti də açıqlanıb. Heyətə 20 futbolçu çağırılıb. Onlardan 4-ü legionerdi. Belə ki, baş məşqçi Nikolay Adam Rusiyanın ÇSKA, “Anji”, Ukraynanın “Tavriya” və Almaniyanın “Tus Koblenz 1911″ klublarının oyunçularına dəvət göndərib. Millidə ən çox “Qəbələ” futbolçu ilə təmsil olunub. Bölgə klubunun 8 üzvü Yunanıstana aparılacaq. “Bakı”dan 3, “Qaraabğ”dan 2, “Neftçi”, “İnter” və “Xəzər Lənkəran”dan 1 futbolçu milliyə çağırılıb. Qasımov Ağaseyid – “Qarabağ” Turabov Eltun – “Qarabağ” Şirinov Yusif – “Qəbələ” Əlibabayev Vüqar – “Qəbələ” Mustafazadə Bəhlul – “Qəbələ” Əsədli Fərid – “Qəbələ” Babayev Heydər – “Qəbələ” Hüseynov Roman – “Qəbələ” Zamanov Emin – “Qəbələ” Nəbiyev Yusif – “Qəbələ” Məmmədov Elməddin – “Neftçi” Ağaverdiyev Renat – “Bakı” Akmurzaev Umar – “Bakı” Mədətov Mahir – “Bakı” Taşqın Sərtan – “İnter” Cəfərov Elnur – “Xəzər Lənkəran” Uluxanov Elgün – ÇSKA (Rusiya) Cəbrayılov Şahban – “Anji” (Rusiya) Tağıyev Rafiq – “Tavriya” (Ukrayna) Altin Ozan – “Tus Koblenz 1911″ (Almaniya) |
|
Xəbər 827 dəfə oxundu. |
|
|