Ruslan Abışov ilk qərarını verib
Dünən “Rubin”lə rəsmi müqavilə imzalayan Ruslan Abışov ilk qərarını verib. Futbolumuz geyinəcəyi formanın nömrəsini seçib.

15 nömrə ilə görməyə öyrəşdiyimiz Ruslan bundan sonra “87″ni geyinəcək. Çünki “Rubin”də “15″i Belarus yığmasının yarımmüdafiəçisi Sergey Kislyak geyinir.

Qeyd edək ki, Abışov 1987-ci ildə dünyaya gəlib. O, “87″ni məhz bu üzdən seçib.

Xəbər 830 dəfə oxundu.