Milli komandamızın üzvü Cihan Özkara zədələnib
Milli komandamızın üzvü Cihan Özkara zədələnib. Bu barədə onun çıxış etdiyi “Sivasspor”un baş məşqçisi Rza Çalımbay məlumat verib.

Baş məşqçi bildirib ki, Cihan zədələnib və bu səbəbdən məşqlərdə iştirak etmir. Rza Çalımbay bildirib ki, zədəli futbolçu da komanda ilə birgə Bursaya aparılıb.

Cihan Bursaya getsə də, sabah Türkiyə Kuboku çərçivəsində baş tutacaq “Bursaspor” matçın iştirakçısı olmayacaq. Onun bazar günü Super Liqada baş tutacaq “Bursaspor”a qarşı səfər oyununadək hazır olub-olmayacağı da hələ bilinmir.

Xəbər 953 dəfə oxundu.