Ruslan Abışov “Rubin” klubu ilə rəsmi müqavilə bağlayıb
Kazan klubunun rəsmi saytının məlumatına görə, milli komandamızın üzvü Ruslan Abışov Rusiyanın “Rubin” klubu ilə rəsmi müqavilə bağlayıb.

Məlumatda həmçinin bildirilir ki, azad agent statuslu futbolçumuz “Rubin”lə 2.5 illik müqavilə imzalayıb. Klubun rəsmi saytının yaydığı məlumatda onun karyerası barədə ətraflı məlumat da yerləşdirilib.

Xəbər 1121 dəfə oxundu.