Astarada rayon turniri keçirilib
21-27 fevral tarixlərdə Xocalı Soyqırımının 21-ci il dönümünə həsr olunmuş Şahmat idman üzrə 1-11-ci sinif şagirdləri arasında Astara rayon turniri keçirilib.

Olimpiya sistemi üzrə keçirilən turnirdə rayonun ümumtəhsil məktəblərindən 51 idmançı iştirak edib.

Sonda qaliblər Rayon Gənclər və İdman İdarəsinin,YAP Astara rayon təşkilatının, Rayon Təhsil Şöbəsinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 1035 dəfə oxundu.