Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti Sergey Novikovu qəbul etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Prezident sarayında Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti Sergey Novikovu qəbul etmişdir.
Görüşdə Azərbaycanda idmana göstərilən yüksək dövlət qayğısından danışılmış, ölkəmizin ayrı-ayrı regionlarında dünya standartlarına uyğun müasir idman infrastrukturunun yaradıldığı bildirilmişdir. Eyni zamanda, Azərbaycanın nümayəndəsi Natiq Əliyevin Avropa Universal Döyüş Federasiyasının prezidenti seçilməsi ölkəmizin beynəlxalq idman aləmində fəal iştirakının göstəricisi kimi vurğulanmışdır. Azərbaycanda digər idman növləri kimi, universal döyüş növünün də inkişaf etdiriləcəyinə əminlik ifadə olunmuşdur.

17 mart 2008-ci il

Xəbər 1481 dəfə oxundu.