Zərdabda rayon birinciliyi keçirilib
25-26 fevral tarixlərində Xocalı faciəsi şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləş idman növü üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib.

Zərdab şəhəri Uşaq Gənclər İdman məktəbinin idman zalında 50 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi idmanın sərbəst güləş növünün rayonda inkişafı, rayonda kütləvi sağlamlıq, o cümlədən 26 fevral Xocalı faciəsi şəhidlərinin xatirəsini yad etmək olub.

Sonda Bəsarət Orucov (25 kq), Şahmurad Xəlilzadə (30 kq), Elgiz Soltanov (40 kq), Zamiq Güləmirli (50kq), Samir Sərxanlı (55kq), Nurlan Tanrıverdiyev (70kq) birinci yerlərə layiq görülüblər

Xəbər 1061 dəfə oxundu.