Samuxda “Cəsurlar” Hərbi İdman və Turizm oyunu
Fevralın 22-də Samux rayonunda “Cəsurlar” Hərbi İdman və Turizm oyununun rayon birinciliyi keçirilib.

Şəhər 1 saylı məktəb liseyin stadionunda rayonun 34 ümumtəhsil məktəbinin 31-nin iştirak etdiyi birincilikdə Qarayeri qəsəbə 1 saylı birinciyə, şəhər 1 saylı məktəb lisey ikinciyə, Sərkar kənd tam orta məktəb komandası isə üçüncü yerə layiq görülüblər.

Qalib komandalar diplom və hədiyyələrlə müükafatlandırılıblar.

Xəbər 1096 dəfə oxundu.