Terri Anri gələcəyi ilə bağlı açıqlamalar verib
“Nyu York Red Bulls”da forma geyinən Terri Anri gələcəyi ilə bağlı açıqlamalar verib. Fransız futbolçu hələ ki, futbolçu karyerasını bitirməyəcəyini bildirib:

“Hələ ki, bu barədə düşünmürəm. Komandayla daha 2 illik müqaviləm var. Bunu ən yaxşı şəkildə tamamlamaq istəyirəm. Sonda nələr olacağını görərik”.

Qeyd edək ki, 35 yaşlı Anri futbolçu karyerasını bitirdikdən sonra baş məşqçilik edəcəyini bildirmişdi.


Xəbər 993 dəfə oxundu.