Təbriz klubu Çempionlar Liqasında qələbə ilə başladı
Arazın o tayını, Təbrizi təmsil edən “Traktorsazi” klubu Asiya Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu qələbə ilə başa vurub. İdman.com.az saytının məlumatına görə, “A” qrupunda yer alan Cənubi Azərbaycan komandası Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” komandasını 3:1 hesabi ilə məğlub edib – 3:1.

Hesabı 37-ci dəqiqədə Mehdi Salehi açıb. 60-cı dəqiqədə Cavad Kazımiyan fərqi artırıb. “Əl-Cəzirə”dən Əli Mabhud 79-cu dəqiqədə fərqlənsə də, cəmi 2 dəqiqə sonra Məsud İbrahimzadə yekun nəticəni müəyyənləşdirib.

“Traktorsazi” növbəti görüşünü martın 12-də səfərdə Qətərin “Əl-Ceyş” klubuna qarşı keçirəcək.

Xəbər 1051 dəfə oxundu.