Bakesin Azərbaycandakı fəaliyyəti 103 gün davam edib
“Xəzər Lənkəran”dan istefa verən Karles Bakesin Azərbaycandakı fəaliyyəti 103 gün davam edib. Ötən ilin 14 noyabrında Yunis Hüseynovu əvəzləyən ispan mütəxəssis bu gün istefa verib.

Bakesin Azərbaycan karyerası 11 rəsmi oyunla yadda qalıb. Bunlardan 10-u Premyer Liqa, 1-i isə Azərbaycan Kuboku çərçivəsində baş tutub.
İspan məşqçi Premyer Liqada 3 qələbəyə sevinib, 2 dəfə heç-heçə edib və 5 dəfə məğlub olub. “Xəzər Lənkəran” onun rəhbərliyi altında 13 qol vurub və 16 dəfə topu öz qapısında görüb.

Bakes Azərbaycan Kuboku çərçivəsində yeganə oyuna 1/8 finalda “Turan”a qarşı oynayıb.Həmin qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. “Xəzər Lənkəran” penalti seriyasını 5:3 hesabı ilə qazanaraq, 1/4 finala çıxıb.

İspaniyalı baş məşqçi ümumilikdə ölkəmizdə 4 qələbə qazanıb (kubokdakı oyunun ümimi nəticəsi nəzərə alınmaqla), 2 heç-heçə edib və 5 dəfə məğlub olub. “Xəzər Lənkəran” onun başçılığı altında 14 qol vurub, 17-sini ğuraxıb (kubokdakı penalti qolları nəzərə alınmır)

Premyer Liqa
VI tur: Xəzər Lənkəran – Bakı 1:1
XIII tur: Bakı – Xəzər Lənkəran 2:0
XIV tur: Kəpəz – Xəzər Lənkəran 0:1
XV tur: Xəzər Lənkəran – AZAL 1:2
XVI: Simurq – Xəzər Lənkəran 2:2
XVII tur: Xəzər Lənkəran – Neftçi 2:1
XVIII tur: Qarabağ – Xəzər Lənkəran 1:0
XIX tur: Xəzər Lənkəran – İnter 2:3
XX tur: Xəzər Lənkəran – Turan 4:2
XXI tur Qəbələ – Xəzər Lənkəran 2:0
Azərbaycan Kuboku
1/8 final: Turan – Xəzər Lənkəran 1:1 (penaltilər – 3:5)

Xəbər 851 dəfə oxundu.