Kubokda həlledici mərhələ başlayır
Futbol klublarının daha bir yarışında həlledici mərhələ yaxın 10 gün ərzində başlayacaq. Bu müddətdə ölkə kuboku uğrunda yarışın 1/4 final mərhələsinin oyunları keçiriləcək. Kubokun qalibi və ya finalçısının da Avropa Liqasında oynamaq hüququ əldə etdiyini nəzərə alsaq, yarışın kəsəri bir qədər artmış olacaq. Çünki bu mərhələdə yarışan komandalardan ən azı, ikisi, Premyer liqada çempionluq qrupunda, yəni ilk altı komanda arasında yer almayacaq.

Final mərhələsində güclülər arasında yer alsa belə, heç də bütün klubların Avropaya vəsiqə əldə etməsi də real deyil. İndiki vəziyyətə görə ilk 3 sırada yer almış klublardan biri çempion olacaq. Digər ikisinin də Avrokuboka çempionatda vəsiqə əldə etmək şansı yüksəkdir. Hər 3 klub ölkə kuboku uğrunda mübarizənin də favoritləri sırasındadır. Lakin «Neftçi» ilə «Qarabağ»dan biri finala adlaya bilməyəcək. Üstəlik, onları altılıqda yer alsa da, hər iki cəbhədə şansı qorumaq istəyən «Qəbələ» ilə «Simurq» izləyir.

Digər tərəfdə isə «İnter»i məhz Avropaya vəsiqəni yalnız ölkə kuboku yolu ilə ala biləcək komandalar təqib edir. Bu səbəbdən, əsas proqnozları yalnız bu mərhələdən sonra vermək olacaq. Həm də onu nəzərə alaq ki, məhz bu yarış Premyer liqada həlledici raundun matçlarına təsir edəcək.

Azərbaycan Kuboku. 1/4 final

İlk oyunlar
27 fevral (çərşənbə)
“Simurq” (Zaqatala) - “Neftçi” (Bakı)
“Qəbələ” - “Qarabağ” (Ağdam)
“Bakı” - “İnter” (Bakı)
“Rəvan” (Bakı) - “Xəzər Lənkəran”

Cavab görüşləri
7 mart (cümə axşamı)
“Neftçi” - “Simurq”
“Qarabağ” - “Qəbələ”

“İnter” - “Bakı”
“Xəzər Lənkəran” - “Rəvan”

1/2 final

17 aprel (çərşənbə) və 24 aprel (çərşənbə)

Final
28 may (çərşənbə axşamı)

Xəbər 875 dəfə oxundu.