Daşkəsəndə rayon birinciliyi keçirilib
Fevral 2-də Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbdə “Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə rayon birinciliyi keçirilib.

10 komanda, ümumilikdə isə 90 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi yeniyetmə və gənclər arasında hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, sağlam gənc nəsilin yetişdirilməsi olub.

Sonda birinciyə A.Mürsəlov adına 2 saylı, ikinciyə Alunitdağ qəsəbə R.Qafarov adına, üçüncüyə İ.Nəsimi adına 1 saylı tam orta məktəbin komandaları layiq görülüb. Qalib komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən təltif olunublar.

Xəbər 1031 dəfə oxundu.