”Coca-Cola məktəbli Kuboku”
Fevral 21-də C.Novruz adına 1 saylı Sitalçay tam orta məktəbinin idman zalında AFFA və Coca-Cola şirkəti tərəfindən orta məktəblərin 5-7-ci sinif şagirdləri arasında ”Coca-Cola Məktəbli Kuboku” layihəsinin 2012-2013-cü il mövsümünün açılışında AFFA-nın nümayəndəsi, Rayon Gənclər və İdman idarəsinin və Təhsil Şöbəsinin rəhbərləri iştirak edib.

Açılışda Giləzi, Sitalçay kənd və 1 saylı Sitalçay tam orta məktəblərinin 5- 7-ci sinif şagirdləri arasında oyunlara start verilib.

Xəbər 1995 dəfə oxundu.