Xızıda rayon açıq birinciliyi keçirilib
21-22 fevral tarixlərdə R.İsmayılov adına Xızı şəhər tam orta məktəbinin idman zalında YAP Xızı rayon Təşkilatının yaranmasının 20-ci ildönümünə həsr olunmuş sərbəst güləş növü üzrə 12-13-ya yeniyetmələr arasında Xızı rayon açıq birinciliyi keçirilib.

Yarışda iştirak etmiş 8 rayonun 9 komandasına (Xızı-1, Sumqayıt-1, Abşeron-1, Bakı-1, Siyəzən-2, Şabran-1, Quba-1, Xaçmaz-1) yarışın baş hakimi F.Ömərov yarışın keçirilmə qaydaları və digər məsələlər barəsində geniş məlumat verib.

160 nəfər in iştirakı ilə 2 gün davam edən yarışın sonunda qaliblər YAP Xızı rayon Təşkilatı və Gənclər və İdman idarəsi tərəfindən mükafatlandırılıblar.

Xəbər 976 dəfə oxundu.